Sumqayıtda bu xəstəxana artıq koronavirus xəstələri üçün deyil

1182

TƏBİB 7 xəstəxananı koronavirus xəstələri üçün ayrılan siyahıdan çıxarıb.

TƏBİB-dən verilən məlumata görə, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə tədbirləri nəticəsində, pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb: “Bu səbəbdən, TƏBİB bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib.

Belə ki, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər