Sumqayıtda çimərlik mövsümünün başlanması ilə əlaqədar təmizlik aksiyası keçirilib

832

Xəzərin Sumqayıt sahilində çimərlik mövsümünün başlanması ilə əlaqədar təmizlik aksiyası keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Sumqayıt bələdiyyəsinin, Sumqayıt Şəhər Təmizlik Departamentinin işçilərinin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi aksiya zamanı Xəzərin Sumqayıt sahilində genişmiqyaslı təmizlik işləri həyata keçirilib.

Toplanan tullantılar yük avtomobilinə yüklənərək zərərsizləşdirilməsi üçün Sumqayıt şəhər məişət tullantıları poliqonuna daşınıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər