Sumqayıtda Çingiz Abdullayevlə gənclərin görüşü keçirilib -FOTOLAR

1445

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində xalq yazıçısı Çingiz Abdullayev ilə gənc oxucuların görüşü keçirilib. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov və Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, həmçinin Sumqayıt şəhərində də gənclərin hər tərəfli inkişafı üçün şəhər rəhbəri tərəfindən yaradılan əlverişli şəraitdən danışmışdır. Qeyd olundu ki, görüşün keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramından irəli gələn məsələlərin həlli, gənclərin mütaliə həvəsi və kitaba olan marağının artırılması, öz sahəsində tanınmışlarla gənclərin canlı ünsiyyəti və asudə vaxtını səmərəli təşkil etməkdir.
Tədbirdə xalq yazıçısına şəhər İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən “Sumqayıt” adlı kitab hədiyyə olaraq təqdim edilmişdir.
Sonra söz dünya şöhrətli yazıçı Çingiz Abdullayevə verildi. Maraqlı müzakirələr ilə yadda qalan görüşdə ədib öz yaradıcılıq planları, yeni əsərləri haqqında məlumat vermiş, oxucuları maraqlandıran sualları cavablandırmışdır.
Sonda Baş İdarə tərəfindən bir neçə sual müəlliflərinə Çingiz Abdullayevin kitabları hədiyyə edilmişdir.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər