Mövsümlə əlaqədar olaraq tullantıların həcmində mayenin miqdarının çox olması səbəbindən məişət tullantılarının daşınması zamanı yolların çirklənməsi hallarına rast gəlinir. Yaranmış problemin aradan qaldırılması üçün Sumqayıt şəhərində təmizlik işlərinə xüsusi diqqət yetirilir. Çirklənmiş yollar xüsusi texnikalarla yuyulur, ərazidə dezinfeksiya işləri həyata keçirilir.
sumqayitxeber.com görülmüş işlərlə bağlı hazırlanmış videoreportajı təqdim edir: