Sumqayıtda cüdo üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu

2696

22-23 dekabr 2018-ci il tarixlərində Paralimpiya İdman Kompleksində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr edilmiş cüdo üzrə 2002-2004-cü il təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir. İki gün davam edən gərgin idman mübarizəsi şəraitində keçən yarışda Səxavət Hacıyev (46 kq), Fərid Niftəliyev (50 kq), Kənan İsmayılov (55 kq), Kamran Süleymanov (60 kq), Ömər Rəcəbli (66 kq), Rauf Nuri (73 kq), Ruslan Səfixanov (81 kq), Sabir İsayev (90 kq) və Atabala Niftəliyev (+90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Qızlar arasında isə Nigar Şahməmmədova (40 kq), Hökümə Məmmədzadə       (44 kq), Şahnaz Əsgərova (48 kq), Rita Əliyeva (52 kq),  Şirin Məmmədova (57 kq), Xanımana Əhmədova (63 kq) və Elnarə Rəşidova (+70 kq) birinci olmuşlar.

Yarışın qalib və mükafatçıları Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunmuşlar. Qalib ve mükafatçılar 09-11 yanvar 2019-cu il tarixlərində Bakı şəhərində keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ əldə etmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər