Sumqayıtda dam örtüyü problemi aradan qaldırılır

2280

Sumqayıt şəhərin inkişafı ilə əlaqədar abadlıq-quruculuq işlərinin, sosial obyektlərin, yaşayış binalarının dam örtüklərinin, fasadlarının əsaslı təmiri, küçə və yolların, məhəllədaxili ərazilərin asfalt örtüyünün dəyişdirilməsi və digər sosial problemlərin həlli istiqamətində işlər davam etdirilir.

Son iki il ərzində Sumqayıt şəhərində 600-ə yaxın binanın dam örtüyü vurulub.

2015-ci ildən bu günə kimi  1, 2, 3, 4, 5, 6, 9, 10, 11, 12, 13, 17 və 18-ci mikrorayonlarda və 1, 2, 3, 4, 5, 9, 18, 20, 21, 26, 30, 34, 18, 45-ci məhəllələrdə yerləşən bütün binaların dam örtüyü vurulub. Hazırda 9, 10 və  12-ci mikrorayonlarda yerləşən binalarda son tamamlanma işləri aparılır.

Qısa müddət ərzində Sumqayıt şəhərində dam örtüyü probleminin tamamilə həll olunması gözlənilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər