Sumqayıtda DƏHŞƏTLİ qəza: “Shacman” minik maşınını əzdi – 5 ÖLÜ – YENİLƏNİB

2469

Sumqayıtın Tağıyev qəsəbəsində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

ONA-nın Sumqayıt bürosunun məlumatına görə, “Shacman” markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub.

Qəzadan sonra onun idarə etdiyi yük maşını da yoldan çıxıb və yaxınlıqdakı qəbiristanlığa girib. Sürücü düşüb qaçmaq istəyərkən saxlanılıb.

Məlum olub ki, “Mercedes” markalı avtomobildə olanlardan dördü bir ailənin üzvləri imiş və onlar əsgər görüşündən qayıdırmış.

***

Saat 20:47

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtın Tağıyev qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Belə ki, “Shacman” markalı yük maşını “Mercedes” markalı minik maşınını vuraraq üstünə çıxıb. Daha sonra minik maşını dərəyə aşıb.

Qəza nəticəsində “Mercedes”də olan 5 nəfərin öldüyü bildirilir.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər