Sumqayıtda dənizdən meyiti tapılmış kişinin oğlu tərəfindən öldürüldüyü məlum olub

1724

Sumqayıtda dənizdən meyiti tapılmış kişinin oğlu tərəfindən öldürüldüyü məlum olub.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Elşən Mikayıl oğlu İsgəndərovu oğlu 21 yaşlı İsmayıl İsgəndərov bıçaqlayaraq Xəzər dənizinə atıb.

İ.İsgəndərov saxlanılıb.

Qeyd edək ki, iyunun 27-də Sumqayıtda dənizdən kişi meyiti tapılıb. Məlum olub ki, bu, Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğludur. Onun meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər