Sumqayıtda koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
“Report” xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları müvafiq texnikalarla şəhər ərazisində dezinfeksiya işləri aparırlar.

Şəhərin mərkəzi hissəsindən başlayaraq şose yollar xüsusi maye ilə yuyulub. Dezinfeksiya işləri gündəlik olaraq axşam saat 22:00-dan başlayaraq aparılır. Bundan əlavə, mütəmadi olaraq yaşayış binalarının həyətlərində, blokların girişlərində, lift kabinlərində, pilləkənlərdə, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər icra olunur.

Eyni zamanda əhalinin daha çox istifadə etdiyi ictimai nəqliyyatda da dezinfeksiya işləri aparılıb. Avtobusların daxili və xarici hissələri dezinfeksiya edilib.







