Sumqayıtda Dövlət Müstəqilliyi günü qeyd olundu - FOTOLAR

1129

Sumqayıtda Heydər Əliyev Mərkəzində şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsi və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “18 Oktyabr Azərbaycan Respubilikasının Dövlət Müstəqilliyi günü” münasibəti ilə bayram tədbiri keçirilib. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Sonra qonaqlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olublar. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər Sumqayıtşəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Tərlan Hacızadə Dövlət Müstəqilliyi gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən, onun dərin siyasi kursunu, yüksək amallarını layiqincə yaşadan və davam etdirən prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış nailiyyətlərdən danışıblar.

Qeyd olunub ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində iqtisadiyyatın dayanıqlı inkişafı təmin edilib, dövlətimiz beynəlxalq birlikdəki yerini möhkəmləndirib və dünya miqyasında söz sahibi olub. Respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunub. Şəhər rəhbərliyinin fəaliyyəti nəticəsində son 3 il ərzində böyük quruculuq və abadlıq işləri aparılmış, infrastruktur yenidən qurulub, sosial-iqtisadi inkişaf artan templə davam edir.

Tədbir bayram konserti ilə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər