Sumqayıt şəhərində güzəştsiz əhalinin 64,8%-i su sayğacı ilə təmin edilib.
Bu barədə “APA-ECONOMICS”ə “Azərsu” ASC-nin Su ölçü cihazlarının istismarı təsərrüfatı və su satışı müəssisəsinin Sumqayıt filialından məlumat verilib.
Məlumata görə, 2010-cu ilin avqust ayında şəhərin güzəştsiz əhalisinə 416,6 min manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 260,5 min manat dəyərində ödəniş olub ki, bu da 62,5% təşkil edir. Ödənişdə iştirak etmiş abanentlərin sayı isə 43776 nəfərdir.
Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 68400 nəfər abonent vardır.