Sumqayıtda ekoloji çirklənmənin qarşısı tam alınıb – Nazir

1072

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirib.

Nazir ilk olaraq atmosfer havasının çirklənməsinin qarşısının alınması barədə danışıb: “Böyük müəssisələr, nəqliyyat sektoru böyük şəhərlərdə havanı çirkləndirən əsas amillərdir. Son illərdə köhnə müəssisələrin sayı azalıb. Demək olar ki, köhnə müəssisələr bağlanıb. Sumqayıtın nümunəsində görə bilərik ki, atmosfer havası köhnə kimyadan təmizlənib. Orada yeni zavodlar yaradılıb. Yeni texnologiyaların tətbiqi ilə orada uğurla həyata keçirlir. Yeni açılan polipropilen, karbamid zavodunu az tullantılı zavodlar adlandırmaq olar. Bizim məqsədimiz tulantıların həcmini minimuma endirməkdir. Müəssisələr özləri də maraqlı olmalıdırlar ki, tullantıların sayı daha az olsun. Çünki onlar hər bir müəssisəyə görə ödəniş edirlər. Onlar özləri də maraqlı olmalıdırlar ki, daha az tullantı olsun ki, daha az ödəniş edilsin. Sumqayıtda ekoloji çirklənmənin qarşısı tam alınıb. Orada daha sağlam şərait hökm sürür”.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev son günlər Sumqayıtda havadan gələn qoxuyla bağlı əhalinin narazılıqlarına münasibət bildirib.

Nazir məsələdən xəbərdar olduğunu qeyd edib: “Sərt tədbirlər bizim marağımızda deyil. Biz də o siqnalları alırıq və çalışırıq ki, reaksiya verək. Bu iki metaləritmə müəssisəsidir. Biz onları cərimə etmişik. Orada Sumqayıt poliqonu havanı çirkələndirən əsas məsələdir. Həmin poliqonun müasir poliqon çevrilməsi üçün potensial var. Bəzi hallarda pərakandəlik bu məsələlərə gətirib çıxara bilər. O cəriməni verməkdənsə müəssisə işini düzgün qursun, tullantıları havaya atmasın. Burada cərimə sanskiyaları və maarifləndirmə prosesi bir yerdə getməlidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər