Sumqayıtda əl işlərindən ibarət sərgi keçirilib

1524

1 Saylı Uşaq və Gənclərin İnkişaf Mərkəzində Bahar İsmayılovanın təşkilatçılığı ilə sərgi təşkil olunub.

Sərgidə bir-birindən maraqlı əl işləri nümayiş edilib və satışa çıxarılıb. Taxtadan oyma əl işləri, toxunma əl işləri, muncuqlarla əl işləri, ətirli və dekorativ sabunlarla və digər əl işləri təqdim olunub.

Qeyd edək ki gənc təşkilatçı Bahar İsmayılovanın bu şəhərimizdə olan 3-cü belə sərgisidir. Bundan öncəki sərgilər Poeziya evində və Sumqayıt şəhər dənizkənarı bulvarında iki gün boyunca keçirilmişdir. Vurğulanb ki, bu cür sərgilərin davamlı olması üçün müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

Bahar İsmayılova  onun yaradıcı işlərinə göstərilən diqqət və qayğıya görə Sumqayıt şəhər İcra Hakimiyyətinə və aidiyyatı qurumların rəhbərlərinə təşəkkürünü bildirib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər