Sumqayıtda əri tərəfindən döyülən qadın xəstəxanaya düşüb

1735

Sumqayıtda əri tərəfindən döyülən 30 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 18-ci mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər Corat qəsəbə sakini 1988-ci il təvəllüdlü Rüstəmova Pərvanə Rasim qızı əri tərəfindən döyülüb. O aldığı ağır xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hadisənin ailə münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər