Sumqayıtda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulublar

552

Sumqayıtda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 13-də şəhər ərazisindəki evlərin birindən 6 min manat məbləğində pul və 9 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Cabbarov və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.İbrahimov Sumqayıt Şəhər Polis İdarəsi 1-ci polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı şəhər polis idarəsi tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər