Oktyabrın 22-də Sumqayıtda ənənəvi olaraq hər il qeyd edilən “Gənc ailə quranlar günü” münasibətilə tədbir keçiriləcək.
Sumqayıt şəhər İcra Hakimiyyətindən “APA-ECONOMICS”ə verilən xəbərə görə, tədbirə yeni ailə qurmuş on iki gəlin-bəy cütlükləri dəvət edilib.
Tədbir zamanı tamaşaçılara konsert proqramı və Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyor heyətinin hazırladıqları səhnəcik təqdim ediləcək. Sonda gənclərə hədiyyələr təqdim olunacaq.
Xatırladaq ki, “Gənc ailə quranlar günü” ŞİH Vaqif Əliyevin “Sumqayıt şəhərində yeni ailə quranlar gününün qeyd edilməsi haqqında” 21 iyul 2008-ci il tarixli sərəncamına əsasən qeyd edilir.
Yenə öz qohumlarını və tanışlarını mükafatlandırılacaqlar