Sumqayıtda “Gənclər Gələcəkdir” adlı tədbir keçirilib

905
Sumqayıt Dünya məktəbi, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti və GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin birgə əməkdaşlığı ilə “Gənclər Gələcəkdir” adlı tədbir keçirilib.
Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə “Müasir gənclər və milli-mənəvi dəyərlərimiz”, “Təhsilin dünyaya açdığı pəncərə”, “Beynəlxalq təhsilin Azərbaycan məktəblərinə təsiri”, “Dissiplin – zəfərin ilk pilləsi”, “Yeni dövrün bacarıqları və şagird profili”, “Xaricdə təhsil imkanları”, “Sahibkarlıqda öz yolunu açmaq”, “Yumşaq bacarıqların inkişaf etdirilməsinin vacibliyi” və “Gənclik və karyera hazırlığı: Uğura gedən yol” mövzularında məruzələr dinlənilib.
Tədbirdə Xəzər Universiteti və Dünya Məktəbinin təsisçisi Professor Hamlet İsaxanlı, Dünya Məktəblərinin baş direktoru Aygün İsayeva, Dünya İB Məktəbinin Direktoru Rəna Həsənova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Xəzər Universiteti inkişaf ofisinin direktoru və Dünya Məktəbinin məzunları öz məruzələrində təhsil sahəsində müasir dövrün tələbləri haqqında son dərəcə maraqlı fikirlər yürütdüblər. Sumqayıt Dünya Məktəbinin direktoru Çiçək Qaracayevanın rəhbərliyi və şagirdlərinin iştirakı ilə yeniyetmələr və gənclərə həsr olunmuş film tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Rəsmi qonaqlar çərçivəsində Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və digər qonaqlar iştirak etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər