Sumqayıtda Gənclər günü qeyd edilir

772

“2 Fevral – Gənclər Günü” münasibətilə Sumqayıt şəhərində silsilə tədbirlər keçirilir. Belə ki, 28 yanvar 2011-ci il tarixdə şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində “Mənim Rəngli Dünyam” adlı rəsm sərgisi, yanvarın 29-da isə “Dünənimiz, bugünümüz və sabahımız” adlı bədii-əyləncəli tədbir təşkil edilib. Eyni zamanda sabah şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Gələcək Gəncliyindir!” bədii-əyləncəli tədbir keçiriləcək. Tədbirdə şəhərin fəal gənclərinin bir qrupu idarə tərəfindən təltif ediləcək. Fevral ayının 4-də isə S.Vurğun adına Mərkəzi Kitabxanada yazıçı-publisist V. Yolçuyevin “Sənə inanıram” kitabının gənc ədəbiyyatsevərlərin iştirakı ilə tədqimat mərasimi olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər