Sumqayıtda gənclər təşkilatları arasında “Şahmat Turniri” keçirildi

1274

Sumqayıt Şahmat Məktəbində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə gənclər təşkilatları arasında Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş “Şahmat Turniri” keçirildi.
Tədbirdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov turnirin Sumqayıt şəhərinin 70 illiyinə həsr edildiyini və ölkə başçısı cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017 – 2021-ci illərdə” dövlət proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini diqqətə çatdırdı. Bildirildi ki, gənclərin inkişafı, onların dünya görüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Turnirdə şəhərin müxtəlif sahələrini təmsil edən 9 komanda iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər