Sumqayıtda Gənclər Təşkilatlarında bacarıqların artırılması üzrə Təlimlər

924

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Gənc İstedadlara Dəstək Fondunun təşkilatçılığı ilə “Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının bacarıqlarının artırılması ” layihəsi çərçivəsində təlimlər keçiriləcək.

Təlimlərin məqsəd və vəzifələri: Sumqayıt şəhərində fəaliyyət göstərən zəif təşkilatlanmış və yeni yaranmış gənclər təşkilatlarının, habelə gənclər arasında yeni yaranan təşəbbüs qruplarının bacarıqları artırmaq yolu ilə fəaliyyətini gücləndirmək, onların yeni ideyalarının həyata keçirilməsinə və gənclərin təşkilatlanmasına köməklik göstərməkdir. Təlimlər aşağıdakı vəzifələrin həyata keçirilməsini nəzərdə tutur:

-Gənclər təşkilatlarının üzvlərinin bacarıqlarının artırılması;

-Gənclər təşkilatlarında komanda ilə işləmək təcrübəsinin artırılması;

– Donor təşkilatları ilə işləmək, layihə dövrünün idarə edilməsi, təşkilati idarəetmə və inkişaf etdirmə sahələrində bilik və bacarıqları artımaq

Təlim iştirakçıları üçün əsas tələblər: Təlimlərə təşkilat adından və ya fərdi qaydada müraciət edilə bilər. Ümumi tələblər aşağıdakılardır.

– 18-29 yaş arasında (istisna hallarında 30-35 yaş arasında) olan şəxslər;

– Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarına üzv olan və ya üzv olmaq istəyən şəxslər.

Gənclər təşkilatları istənilən statusda ola bilər. Bu statuslar aşağıdakılardır:

a) Dövlət qeydiyyatına alınan və alınmayan qeyri-hökümət gənclər təşkilatları (ictimai birliklər və fondlar);

b) Tələbə-gənclər təşkilatları;

c) Müxtəlif dövlət və ya özəl qurumları nəzdində fəaliyyət göstərən gənclər təşkilatları (Məsələn, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi nəzdində fəaliyyət göstərən gənclər klubları);

d) Gənclər tərəfindən yeni qurulmuş və ya qurulmaqda olan təşəbbüs qrupları;

e) Gələcəkdə hər hansı bir gənclər təşkilatı yaratmaq istəyən 6 nəfər şəxs;

Təlimdə iştirak etmək istəyən hər bir təşkilat ən azı 6 nəfər namizəd təqdim etməlidir. Hər bir təşkilat adından 6 nəfərdən çox istənilən sayda şəxslər müraciət edə bilər.

– Fərdi qaydada təlimdə iştirak etmək istəyən gənclərin müraciətləri qəbul oluna bilər. Fərdi qaydada müraciət edən gənclər üçün üzv və iştirakçı axtarışında olan gənclər təşkilatlarına müraciət edərək həmin təşkilat adından iştirak etmək niyyətini bildirməlidir. Bu tip təşkilatların siyahısı əlavə edilmiş məlumatda mövcuddur və sonradan bu cür çətinliyi olan təşkilatlar olduqda onların adları və əlaqə rekvizitləri də həmin siyahıya əlavə edilməsi nəzərdə tutulur.

– Hər bir iştirakçı yalnız bir təlim üçün müraciət edə bilər. Təlimlər proqramları və ərizə forması əlavə edilmiş fayllarda mövcuddur.

Fərdi qaydada müraciət edən aşağıdakı gənclər təşkilatları ilə əlaqə saxlayıb onların adından təlimlərdə iştirak edə bilərlər.

1. Sumqayıt Tələbələr İttifaqı:

Əlaqələndirici şəxs: Teymur Vəliyev- 050 3723412 (mobil telefon), veliyev@gmail.com

2. Gənc İstedadlara Dəstək Fondu

Əlaqələndirici şəxs: Rüstəm Sadıqzadə- 018 645 47 32 (iş telefonu)

Bu təşkilatlar haqqında əlavə məlumatı http://www.sumqayit.gen.az/gencler/genclerteshkilatlari/21.html linkindən əldə edə bilərsiniz

Fərdi qaydada müraciət edən şəxslər iştirak üçün təşkilat tapmadıqda layihənin təşkilatçıları həmin namizədin ərizə formasını digər təşkilatlara tövsiyyə edəcəkdir.

İştirakçıların seçilmə meyarları: Hər bir təlimdə 20 nəfərin iştirakı nəzərdə tutulur və hər bir təşkilatdan 1 nəfərin təmsil edilməsi gözlənilir. Təşkilat formasında müraciət edənlər yuxarıda qeyd edilən tələbləri və burada yazılan meyarları nəzərə almalıdır. Yəni təşkilat formasında müraciət edənlər hər bir təlimdə iştirak edənləri öz üzvlər arasında razılaşdırmalı və bir təlimə yalnız bir iştirakçının müraciətini təmin edəcəkdir. İştirakçıların seçilməsində hər bir gənclər təşkilatının təmsil olunma prinsipi üstünlük təşkil etməlidir. Bununla bərabər təlimlərə ümumi müraciətlər nəticəsində təşkilatların sayı 20-dən az olarsa böyük təşkilatlardan hər bir təlimdə 1 nəfərdən çox iştirakçı qəbul edilə bilər. İştirakçıların seçilməsinin 1-ci mərhələsində aşağıdakı tələblərin uyğunluğu nəzərə alınacaq. Həmin tələbləri yerinə yetirən şəxslər bir qayda olaraq təlimlərə cəlb ediləcək. Lakin ikinci mərhələdə eyni təşkilatdan eyni təlim üçün müraciət edənlər çox olduqda onların ərizə formalarındakı məlumatlar nəzərə alınacaq və onlardan bir nəfər (Layihə dövrünün idarəedilməsi təlimində 2 nəfər) seçiləcək. Digər namizədlərə isə layihə çərçivəsində nəzərdə tutulan digər təlimlər təklif olunacaq. Fərdi qaydada müraciət edən şəxslər təmsil olunmaq istədiyi təşkilatı qeyd etməlidir. Bu cür müraciətlər qiymətləndirilərkən əvvəlcədən həmin təşkilatın rəhbəri ilə əlaqə saxlanılacaq. Hər hansı bir təşkilat 6 nəfərdən çox namizəd təklif edə bilər.

Layihənin təşkilatçıları olaraq biz bu namizədlərin müraciətini alqışlayırıq. Təlimlərə seçilməyən namizədlərin layihənin davamı kimi digər vaxtlarda onların təlimlərə cəlb olunmasını təmin edəcəyik.

İştirakçıların seçilməsinin hər bir mərhələsində ərizə formasındakı məlumatlar nəzərə alınacaq və namizədlər çox olduqda gənclər təşkilatlarının rəhbərləri ilə razılaşdırılacaq.

4. Keçirilən təlimlərin mövzusu:

“QHT idarəçiliyi və liderlik”- 2 gün, “Layihə dizaynı, Layihə dövrünün idarəedilməsi və planlaşdırılması” – 3 gün (2 qrup üzrə), “Natiqliq və effektiv ünsiyyət” – 2 gün, “İctimai Maraqların Qorunması və Kampaniyaların Aparılma Qaydaları”- 3 günlük, “Sosial Əməkdaşlıq və İctimai Əlaqələr” – 2 gün.

Təlim proqramlarını, layihənin təsviri və müraciət formasını əlavə edilmiş fayllardan əldə etmək mümkündür.

5. Təlimlərin keçirilmə yeri və tarixi: Təlimlər Sumqayıt şəhərində 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin qarşısında, Dənizkənarı parkda yerləşən “Zümrüd” Restoranında keçiriləcəkdir.

Təlimlərin keçirilmə tarixi isə ən gec təlimə 5 gün qalmış seçilmiş iştirakçılara e-mail və ya bu da olmadıqda əlaqə telefonları ilə bildiriləcək. Eyni zamanda təlimlərin keçirilmə tarixi www.sumqayit.gen.az saytında yerləşdiriləcəkdir.

Layihə və təlimlərlə bağlı yaranan suallarla bağlı , habelə əlavə məlumat əldə etmək üçün aşağıdakı əlaqə rekvizitlərinə müraciət edə bilərsiniz. Habelə Təlimlərdə iştirak etmək istəyən namizədlər müraciət formasını dolduraraq aşağıdakı e-mail ünvanına elektron formada göndərməlidir. Müraciət formaları doldurularaq aşağıda göstərilən ünvana gətirməklə də təqdim oluna bilər. Müraciətlər ən gec 22 aprel 2010-cu il tarixinə qədər qəbul olunacaqdır.

Əlaqələndirici şəxs: Ismayıl Kərimov

Telefon: 050 383 30 72

E-mail: ismail_kerimov@yahoo.com

Təlimlərlə bağli əlavə məlumat üçün aşağidaki ünvana müraciət edə bilərsiniz:

Sumqayit Şəhər Gənclər və Idman Baş Idarəsi Gənclərlə Iş Sektoru

Ünvan: Sumqayıt şəhəri, Azərbaycan prospekti 9 (Sumqayıt şəhər İcra Hakimiyyəti binasının 1-ci mərtəbəsi)

Telefon: 018 645 47 32, 050 383 30 72 (mobil)- İsmayıl Kərimov

Veb sayt: www.sumqayit.gen.az

E-mail: ismail_kerimov@yahoo.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər