Sumqayıtda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuş tədbir keçirilib

700

Sumqayıt şəhərində “Beynəlxalq Ailə Günü” ilə bağlı silsilə tədbirlər həyata keçirilir.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən növbəti tədbir gənc nəslin vətənpərvər ruhda tərbiyyə olunmasına həsr olunub.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, Sumqayıt şəhər Veteranlar Şurasının sədri Sovet Şükürov, Sumqayıt şəhər Gənclər və idman baş idarəsinin rəisi Elgün Hümbətov, YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr muavini Elmar Xəlilov, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Təhsil Şöbəsinin nümayəndəsi Gülbahar Haqverdiyeva iştirak edib.

Vurğulanıb ki,  Ümummilli Liderimiz üçün Vətəni  müdafiə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə məsələləri hər zaman ön planda olub. Ötən dövr ərzində ölkəmizdə gənclərin  vətənpərvərlik ruhunda tərbiyəsi başlıca vəzifəyə çevrilib.
Uğurla həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir  ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.
Qeyd olunub ki, Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik sevgisini bir daha nümayiş etdirdi.
Hərbçilərimizin, əsgərlərimizinson damla qanınadək döyüşərək şəhidliyə yüksəlmələri bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik hissi yüksəkdir. Xalqımıza o böyük zəfər sevincini yaşadan da məhz vətənpərvər Azərbaycan gəncləri oldu.
Qeyd olunub ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri əsl vətənpərvərlik örnəyidir.

Çıxış edənlər vurğulayıb ki, bundan sonra da gənclərimizin vətənpərvər ruhda tərbiyyə olunması üçün məqsədyönlü işlər həyata keçirilməlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər