Sumqayıtda genişzolaqlı internetin inkişafı istiqamətində növbəti addım atılıb

801

Genişzolaqlı internetin inkişafı istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq Sumqayıt şəhərində EATS-653-də 224, EATS-656-da 128, EATS-658-də və 64 port Bağlar massivində montaj olunaraq istifadəyə verilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, Sumqayıtda həmçinin əlillərin telefon və genişzolaqlı internet xidmətlərindən yüksək səviyyədə istifadə etməsi üçün 18-ci mikrorayon ərazisində əlillər üçün tikilən binaya 16 portluq DSLAM avadanlığı qurulub.

Bundan başqa, EATS-643-ün ərazisində uzaq məsafədə yaşayan abunəçiləri daha sürətli və keyfiyyətli internetlə təmin etmək üçün IAD avadanlığı qurularaq istifadəyə verilib.

Qeyd edək ki, Sumqayıtda elektron ATS-lərin NGN texnologiyası əsasında tamamilə yenidən qurulması abunəçilərə bütün multimedia xidmətlərindən istifadə üçün şərait yaradıb.xezerxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Elman
    Sentyabr 27, 2011 - 00:08

    Sürətini deyirlər artırıblar, amma xidmət haqqı yerində qlıb. Yani mənə 15 manatlıq 1 meqabit sürətdənsə 10 manatlıq 512 kbit sürət sərfəlidir. Məncə də elə hamıya.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər