Sumqayıtda həbslər davam edir

1526
Dekabrın 17-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişə ilə əlaqədar şübhəli şəxs qismində saxlanılmış Alim Tağıyevin evindən 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, qanunla qadağan olunmuş 46 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, 45 disk, dini sənədlər və 1 ədəd noutbuk, Firudin Musayevin evindən isə qanunla qadağan olunmuş 64 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 3 ədəd dini əl yazmalar olan qovluq, “Volkswagen Qolf” markalı avtomobilindən 1 ədəd “Milspes” markalı tapança, 1 qumbara, 1 süngü-bıçaq, 1 bıçaq və 1 ədəd dini kitabça götürülüb. Bu barədə Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verib.

Faktla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər