Sumqayıtda İcra başçısı növbəti səyyar qəbul-görüş keçirdi

1060

Sumqayıt şəhərində sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə mütəmadi olaraq səyyar qəbullar keçirilir. Növbəti səyyar qəbul-görüş Sumqayıt şəhər 7-8-12-ci (birləşmiş) məhəllə ərazisində keçirilib.
Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbdə keçirilən qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə və xidmət təşkilatlarının rəhbərləri, şəhər sakinləri iştirak edib.
Şəhər rəhbəri Sumqayıt şəhərində hər həftə səyyar qəbulların keçirildiyini və bu görüşlərin artıq ənənə halını aldığını vurğulayıb. Qeyd edib ki, görülmüş işlər nəticəsində şəhər sakinlərini narahat edən məsələlər, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar sakinlərin müraciətlərinə baxılması üçün yerlərdə görüşlərin keçirilməsindən razılıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.

    

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər