Sumqayıtda İdman Festivalı keçirilib – FOTOLAR

1607
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 11 oktyabr 2019-cu il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İstisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin stadionunda “18 oktyabr – Müstəqillik günü”nə və Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş idman növləri üzrə festival və rəsm sərgisi keşirilmişdir. Tədbirdə cüdo, yunan-roma güləşi, sərbəst güləş, futbol, idman gimnastikası, bədii gimnastika, kikboksinq, boks və karate idman növləri üzrə 400-ə yaxın idmançı iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları və qonaqlar şəhərin müxtəlif sahələrini təmsil edən yeniyetmə və gənclərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirmiş və müəlliflərə Baş idarənin fəxri fərman və hədiyyələri təqdim edilmişdir.
Tədbirin açılış mərasimində çıxış edən Baş İdarəsinin rəisi Elgün Hümbətov, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini, müstəqil Azərbaycanın idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasını qeyd etdi.
Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də sosial-iqtisadi, mədəni həyatında davamlı inkişafa nail olunduğunu, Ulu öndərin adına layiq, möhtəşəm Heydər Əliyev Mərkəzi, memarlıq inciləri olan Şahmat və Uşaq İncəsənət məktəbləri, Bayraq Muzeyi və son dövrün möcüzəsi olan füsünkar Sumqayıt Bulvarının tikilərək sakinlərin istifadəyə verilməsindən danışaraq, idmançların hər birinə uğurlar arzulamışdır.
Digər çıxış edənlər veteranlar şurasının sədri Sovet Şükürov, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, prezident təqaüdçüsü, şöhrət ordenli Məmməd Eyvazov, “Azərbaycan Respublikasının Əməkdər Bədən Tərbiyəsi və İdman xadimi, prezident təqaüdçüsü Əhməddin Rəcəbli, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt Şəhər Şöbəsinin sədri Tərlan Hacızadə və “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Tərəqqi” medalşısı Mirağa Qiyasov ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsi olaraq bütün bölgələrimizdə İdman Sarayları və Olimpiya Komplekslərinin tikildiyini, dövlətimizin hərtərəfli, dinamik inkişafında, beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan təcrübədən müasir idman infrastrukturunun yaradılmasından, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan danışaraq tədbir iştirakçılarını təbrik etmişlər.

Sumqayıtda İdman Festivalı keçirilib - FOTOLAR

 

Sumqayıtda İdman Festivalı keçirilib - FOTOLAR

 

Sumqayıtda İdman Festivalı keçirilib - FOTOLAR

 

Sumqayıtda İdman Festivalı keçirilib - FOTOLAR

 

Sumqayıtda İdman Festivalı keçirilib - FOTOLAR

 

Sumqayıtda İdman Festivalı keçirilib - FOTOLAR

 

Sumqayıtda İdman Festivalı keçirilib - FOTOLAR

 

Sumqayıtda İdman Festivalı keçirilib - FOTOLAR

 

Sumqayıtda İdman Festivalı keçirilib - FOTOLAR

 

Sumqayıtda İdman Festivalı keçirilib - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər