Sumqayıtda idman zallarında reydlər keçirilib

654

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə müxtəlif sahələri təmsil edən könüllü gənclərdən ibarət mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, karantin rejimi qaydalarına riayət olunması məqsədilə şəhərin bir sıra idman obyektlərinə baxış keçirilmiş, maarifləndirmə işləri aparılmışdır.
Baxış zamanı məlum olmuşdur ki, operativ qərərgahın qərarına uyğun olaraq 18 yaşdan yuxarı məşqçi-müəllim və idmançıların Covid-19 pasportları yoxlanılır mövcud olmayan hallarda isə zallara buraxılmır. Bundan əlavə olaraq zallarda mütamadi dezinfeksiya işləri aparılır. İdman zallarının rəhbərlərinə tövsiyyə olunmuşdur ki, bundan sonra da mövcud qaydalara ciddi riayət olunsun.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər