Sumqayıtda II Dünya müharibəsi veteranları ilə görüş olmuşdur

573

Faşizm üzərində qələbənin 68-ci ildönümü ərəfəsində Sumqayıtda yaşayan Böyük Vətən müharibəsi veteranları ilə görüş olmuşdur.
AzərTAc xəbər verir ki, “Azərikimya” İstehsalat Birliyinin müşahidə şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Qələbə Günü münasibətilə II Dünya müharibəsində alman faşizmi üzərində tarixi qələbənin əldə olunmasında ağır və məşəqqətli döyüş yolu keçmiş, düşmənə qarşı mərdlik və igidliklə vuruşmuş veteranları təbrik etmiş, onların bayram sevincini bölüşmüş, qayğıları ilə maraqlanmışdır. Veteranlara bayram sovqatı təqdim olunmuşdur.
Veteranlar və onların ailələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə veteranlara xüsusi diqqət göstərmiş, həmişə onlara dəstək olmuşdur. İndi isə bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər