Sumqayıtda İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir

1168
Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir.Sumqayıt şəhərində seçicilərlə görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qlobal miqyaslı layihələrdən və ölkədə aparılan abadlıq-quruculuq işlərindən danışıb. O, 11 apreldə keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, Prezident İlham Əliyev bütün Azərbaycan xalqının seçimidir.

Çıxış edən YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün uğurlu siyasət həyata keçirir: “Vətəndaşların sosial rifahının yüksəldilməsi, hüquq və azadlıqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biridir. İnanıram ki, seçicilərimiz prezident seçkilərində yaxından iştirak edərək xalqın namizədi olan cənab İlham Əliyevə səs verəcəklər”.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Tahir Mirkişili Azərbaycanda hər bir sahədə dinamik inkişafın əldə edilməsində cənab İlham Əliyevin xidmətlərindən bəhs açıb. Millət vəkili seçiciləri seçkilərdə fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Muxtar Babayev də sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyasının, Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinə sadiqliyin dayandığını bildirib.

Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri Sultan Əsədov, Təranə Rəcəbli, Nazilə Cəlilova və başqaları cənab İlham Əliyevin Azərbaycanı firavan gələcəyə doğru aparan lider olduğunu bildiriblər. Onlar bütün seçiciləri inkişaf, uğurlu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər