Sumqayıtda infrastruktur layihələri davam edir: bu küçə də işıqlandırıldı

235

Sumqayıt şəhərinin “Mero” yaşayış massivi ətrafında, “Sumqayıt stansiyası” yaşayış massivinə gedən yolda Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müvafiq idarəsi tərəfindən küçə işıqlandırma sistemi quraşdırılıb.

Belə ki, sakinlər tərəfindən daxil olmuş müraciətlər nəzərə alınaraq, qeyd olunan ərazidə gecə saatlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, həmçinin piyadaların rahatlığının artırılması məqsədilə müvafiq işlər həyata keçrilib. Görülən işlər çərçivəsində yolboyu yeni işıq dirəkləri quraşdırılmış, müasir işıqlandırma sistemləri tətbiq olunub.

Həyata keçirilən tədbirlər nəticəsində sözügedən ərazidə həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkəti üçün daha təhlükəsiz şərait yaradılıb.

Qeyd edək ki, şəhər ərazisində infrastrukturun təkmilləşdirilməsi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir və vətəndaş müraciətlərinə həssas yanaşma bundan sonra da təmin olunacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər