16-17 iyun 2009-cu il tarixlərində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi “18 May-18 İyun İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt Filialı və Sumqayıt Dövlət Texniki Kollecin tələbələri arasında tələbələrə insan hüquqları üzrə təlim, Sumqayıt Tibb Məktəbində isə seminar keçirmişdir. Bu barədə www.sumqayitxeber.com saytına Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş üzrə şöbəsinin baş məsləhətçisi Fizuli Cabbarov məlumat verib.
Təlimləri və seminarı Gənclərlə iş üzrə şöbənin aparıcı məsləhətçisi İsmayıl Kərimov aparıb. Tədbirlərdə əsas insan və vətəndaş hüquq və azadlıqları, prinsipləri və insan hüquqları sahəsində dünyada hal-hazırda aktual olan ksenefobiya, diskriminasiya, irqi-dini ayrıseçkilik və digər pozuntular interaktiv metodlar və simulativ oyunlarla işitrakçılara çatdırılmışdır.
www.sumqayitxeber.com saytının müxbiri ilə söhbətində İsmayıl Kərimov bildirib ki, maraqlı və diskussiya şəraitində keçən təlimdə iştirakçıları narahat edən suallara da cavab verilib: “Təlimlərdə Avropa Şurası Gənclər Direktorluğu tərəfindən nəşr edilən və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tərcümə edilən “Kompas – Gənclərin İştirakı ilə İnsan Hüquqları Təlimi” kitabından istifadə edilmişdir”
Nuranə Abbasova