Sumqayıtda iş axtaranlar üçün XOŞ XƏBƏR

1018

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı ilə Sumqayıt şəhərində əmək yarmarkası keçiriləcək.
Tədbirdə 62 müəssisə tərəfindən 320-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.
➡️ Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
➡️ Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
🔗 Ünvan və tarix:
📍 Sumqayıt şəhəri, məhəllə 44 (“Kimyaçı” Mədəniyyət Sarayı)
🗒️ 18 oktyabr 2023
⏰10:00-13:00

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər