Sumqayıtda işsizliklə bağlı tədbir keçiriləcək

687

İREX Sumqayıt İcma Məlumat Mərkəzində “Karyerada ilk addım” adlı tədbir keçiriləcək. İcma Məlumat Mərkəzinin rəhbəri Günel Rəcəbovanın verdiyi məlumata görə, işsiz gənclərin işlə təmin olunmasına kömək etmək məqsədilə təşkil edilən tədbirdə işsizlik problemi müzakirə olunacaq, iş tapmaq üçün nə etməli, iş axtarmağın yolları, müsahibə və s. məsələlərlə bağlı suallara cavab veriləcək. Avqustun 19-da keçiriləcək tədbirə ekspert qismində Sumqayıt Məşğulluq İdarəsinin rəisi Şəfa Əliyev dəvət olunub. Arzu edən hər bir kəs tədbirdə iştirak edə bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Nərgiz
    Aprel 19, 2011 - 23:36

    Muraciyət etmişəm xahiş edirəm nəzərə alasınız boş yerlərdə kamputer işləri məktəblərdə labarant

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər