Sumqayıtda kadastr xəritəsinin hazırlanması ilin sonu yekunlaşacaq

574

Azərbaycan Hökumətinin və Dünya Bankının birgə həyata keçirdiyi Daşınmaz əmlakın qeydiyyatı layihəsi çərçivəsində Azərbaycanın 86,6 min kvadratmetr ərazisinin 40 min kvadratmetrinin kadastr xəritəsi hazırlanır.

Gün.Az xəbər verir ki, bu barədə layihənin beş illiyi ilə bağlı tədbirdə layihə rəhbəri Rafiq Cəlilov bildirib.

Onun sözlərinə görə, Sumqayıtda kadastr xəritəsinin hazırlanması ilin sonu yekunlaşacaq, Bakı, Gəncə və Şəkidə bu istiqamətdə işlər aparılır.

“Layihə çərçivəsində ölkə ərazisinin ortofotoxəritələri də hazırlanıb. Azərbaycanın təyyarədən işğal olunmuş əraziləri istisna olmaqla bütün əraziləri, peyk vasitəsilə isə bütün ölkə ərazisinin şəkilləri çəkilib və hazırda ortofotoxəritələr istifadə olunur”.

R.Cəlilov qeyd edib ki, layihə çərçivəsində daşınmaz əmlakın koordinatlarının dəqiq göstərilməsi üçün daimi fəaliyyət göstərən 37 istinad qurulmaqdadır ki, bu ilin sonuna kimi onlar da istifadəyə veriləcək.

Layihə müddətində həyata keçirilən işlərdən danışan R.Cəlilov bildirib ki, bu müddətdə Xaçmaz, Qəbələ, Lənkəran ərazi idarələri inşa edilib, hazırda Bərdə və Beyləqanın ərazi qeydiyyat idarələrinin binaları inşa olunur. Günel Abbasova, Gün.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər