Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları gecə saatlarında şəhərin müxtəlif ərazilərində reyd keçiriblər.
Reyd zamanı karantin qaydalarının tələblərinə riayət etməyən kafelərə rast gəlinib. Belə ki, şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Corona Pub”-ın saat 22:00-dan sonra fəaliyyət göstərdiyi məlum olub. Həmçinin, sözügedən ictimai iaşə obyektində qapalı məkanda müştərilərə xidmət edildiyi də aşkarlanıb. Orada olan 17 müştəri və sahibkar Qasım Əkbər oğlu Qasımlı aidiyyatı üzrə 3-cü polis bölməsinə aparılıb. Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimələniblər.
Bu kimi reydlər davam etdiriləcək. Xeberle.com