Sumqayıtda karantin rejiminə əməl olunması ilə bağlı tədbirlər keçirilir - APA TV

2380


Xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, Sumqayıtda genişmiqyaslı tədbirlər həyata keçirib.

APA Tv-nin yerli bürosunun məlumatına görə, bu məqsədlə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində koronavirusa qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profilaktik söhbətlər aparılıb. İzah olunub ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Eyni zamanda, digər yaş qruplarından olan insanlara da evdən çıxmamaq və sağlamlıqlarının qeydinə qalmaqları tövsiyə olunub.

Polis əməkdaşları şəhərin küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə də səslənib. Onlar karantin rejiminə əməl olunmasını, xüsusilə yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmamasını xahiş ediblər.

Polis karantin rejimini pozan kafe sahiblərini də müəyyən edib və onlara qarşı inzibati cəza tədbirləri görülüb.

Bununla yanaşı, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları reyd təşkil edib. Keçirilmiş reydin məqsədi rayon qeydiyyatlı nəqliyyat vasitələrinin sürücülərinə şəhərə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq etmək olub.
Qeyd edək ki, xüsusi karantin rejimini pozan ictimai iaşə müəssisələrinin rəhbərləri sərt şəkildə cəzalandırılacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər