Sumqayıtda karate üzrə şəhər çempionatına yekun vuruldu

1582

Sumqayıt Paralimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş VKF versiyası üzrə yeniyetmə, gənc və böyüklər arasında (qızlar və oğlanlar) XXI açıq şəhər çempionatı keçirilmişdir.

Tədbirin açlış mərasimində çıxış edən Azərbaycan Milli Karete Fedarasiyasının prezidenti Yaşar Bəşirov və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov ölkədə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirməsindən, idmanın və bədən tərbiyəsinin Dövlət siyasətinin prioritet qollarından birinə çevrilməsindən, müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması eləcədə Sumqayıtın 70 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin keçirilməsi haqqında tədbir iştirakçılarına məlumat verdilər.

Sonda Yaşar Bəşirov tərəfindən Azərbaycan Milli Karete Fedarasiyasının yaranmasının 25 illiynə həsr olunmuş meda Elgün Hümbətova təqdim edildi.

Katedlər və yeniyetmələr arasında keçirilən 21-ci açıq çempionda 15 idman klubdan, 200-ə yaxın idmançı 20 çəki dərəcəsi və 7 yaş qrupunda idmançılar qatılmışdılar. Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri fərmanı, medal və hədiyyələri ilə təltif edilmişdir.

Yarışın yekun nəticəsinə əsasən “Mətləb”, VKC-Sumqayıt və Azərikan-Vodo-Ryu Klubları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri bölüşdürmüşlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər