Sumqayıtda kofe həvəskarlarının ən çox üz tutduğu “Coffee Shop”lar – SİYAHI

3838

Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhur olan qəhvə dünyada heç bir zaman indiki qədər populyar olmayıb.
1991-ci ildə qəhvənin dünyada istehlakı 90 milyon 60 kiloluq torba həcmində olmuşdursa, müasir dövrümüzdə belə torbaların sayı 200 milyona yaxındır.
1517-ci ildə Yavuz Sultan Səlimin dövründə türk əsilli Özdəmir paşa Yəməndə içdiyi və çox sevdiyi qəhvəni İstanbula gətirdiyi deyilir.

Qəhvə ilə bağlı tarixi məlumatlara nəzər saldıqda görürük ki, bu içki yalnız evdə içilməyib, ictimai yerlərdə də qəhvə içilib. O da məlumdur ki, ilk qəhvəxanalar Yaxın Şərqdə yaranıb. Qəhvəxanalar insanlar arasında çox populyar olub. Bu məkanlara gedənlər qəhvə içməklə yanaşı son şayiələri eşitmək, şahmat oynamaq və musiqi dinləmək üçün gediblər.

Araşdırmalara görə dünyada adambaşına ən çox qəhvə Finlandiyada içilir. Burada ildə adambaşına 12 kq qəhvə içirlər. Başqa bir hesablamalar göstərir ki, hər bir fincan qəhvə müqabilində dünyada 3 fincan çay içilir.
Sumqayıt şəhərində bu nisbətdə çay daha çox üstünlük təşkil etsə də son illər ərzində qəhvə həvəskarları da artmaqdadır.
Son illər şəhərdə “Cofee Shop”ların sayındakı artımlar da bunu təsdiq edir.
Bu yazıda Sizi Sumqayıtda gənclərin ən çox vaxt keçirdiyi “Cofee Shop”larla tanış edəcəyik.

1. “London Cofee House”

“London Cofee House” Sumqayıtda açılan ilk kofe məkanlarındandır. Gənclərin ən sevimli məkanlarından olan “London Cofee” artıq 6 ildir ki, fəaliyyət göstərir. Şəhərin 3-cü məhəlləsində, Nəriman Nərimanov 6/21 ünvanda yerləşən “London Cofee”də dostlarınızla ətirli kofe içə bilərsiniz.

2. “Cafe Corner”

Özünə məxsus dizaynı ilə seçilən “Cafe Corner” də artıq bir neçə ildir ki, fəaliyyət göstərir. Burada Siz kofe içə, musiqi dinləyə və kitab oxuya bilərsiniz. “Cafe Corner” kofe həvəskarlarının ən çox müraciət etdiyi məkanlardandır. Mərkəzi poçtun yaxınlığında yerləşən bu məkana da ən çox gənclər üz tutur.

3. “Belgian chocolate &coffee”

Belçikanın zərif şokoladları və təamlı vaflilərlə Braziliya kofesi içmək istəyirsinizsə “Belgian chocolate &coffee”yə üz tuta bilərsiniz.
Ünvan:Sumqayıt şəhər 5-ci məhəllə, Nizami küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi.

Əslində bu siyahını daha da artırmaq olar. Çalışdıq bu yazda məhz “Coffee Shop” kimi fəaliyyət göstərən məkanları Sizə təqdim edək.
Ümid edirik ki, gələcəkdə şəhərimizdə “Coffee Shop”ların sayı daha da artacaq.

Mikayıl Camallı, sumqayitxeber.com 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər