Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası həyata keçirilir. Aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.
YAP Sumqayıt şəhər təşkilatı bu aksiyada yaxından iştirak edir. Mart ayının 21-dən 29-dək keçirilən aksiyanın ilk günündə YAP Sumqayıt şəhər təşkilatının könüllü gəncləri şəhər ərazisində yaşayan tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkmiş, onlara koronavirusdan qorunma və sağlamlıqlarının müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırmaqla xəstəlikdən qorunma üsullarını izah etmişlər.
Könüllü gənclər Sumqayıt şəhərinin ərazisində bu aksiyanı gələcək günlərdə də davam etdirəcək, şəhərin aztəminatlı sakinlərinə baş çəkəcək və onlara gigiyenik vasitələri təqdim etməklə maarifləndirmə işlərini davam etdirəcəklər.