Dünən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Milli teatr festivalı” çərçivəsində H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında Azərbaycan Dövlət Opera və Balet teatrı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə çıxış etdi.
Tamaşada baş rolları Azərbaycan Respublikasının Əməkdar artisti Gülyaz Məmmədova və Səbuhi İbayev canlandırırdılar.
Əbədi məhəbbət simvolu olan “Leyli və Məcnun” operası Sumqayıt tamaşaçıları tərəfindən alqışlarla qarşılandı.