Faktla bağlı araşdırma aparılır
Sumqayıtda oğurluq hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhər polisi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Elmar İsmayılova məxsus mağazanı soyan şəxs tutulub.
Bu, Sumqayıt şəhər sakini Tapdıq İbrahimovdur. O, E.İsmayılova məxsus mağazadan 23.500 manat pul və danışıq kartlarını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.