Sumqayıtda maraqlı layihə: Şəhid və qazi övladları “Payız Futbol Düşərgəsi”ndə

520

“Azərikimya” İstehsalat Birliyinin və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının dəstəyi, “Sumqayıt” futbol klubunun təşkilatçılığı ilə ənənəvi “Payız Futbol Düşərgəsi” layihəsi keçirilir. Beş gün davam edən layihənin iştirakçıları iki qrupa bölünüb. İlk 3 gündə iştirakçılar Mehdi Hüseynzadə stadionunda təşkil olunan müxtəlif oyunlarda, seminarlarda öz məharətini göstərərək əyləniblər. Həmçinin maraqlı ekskursiyalara qatılaraq dünya görüşlərini artırıb, özlərinə yeni dostlar qazanıblar.

Noyabrın 18-də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının ofisində birinci mərhələyə yekun vurulub. Düşərgənin birinci mərhələsində Vətən müharibəsində şəhid və qazi olan igidlərimizin övladları iştirak ediblər.

Mərhələnin yekun tədbirində çıxış edən YAP şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, “Sumqayıt” FK-nın prezidenti Riyad Rəfiyev layihənin əhəmiyyətindən danışaraq, məqsədin yeniyetmə və gənc şagirdlərin futbola cəlb olunması, məktəblilərin təhsilə həvəsləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və futbolun kütləviliyinin artırılması olduğunu qeyd ediblər.

Bildirilib ki, ümumilikdə, bu il layihədə 100-dən çox oğlan və qız iştirak edir. İkinci mərhələyə 9-11 yaşlı məktəblilər qatılacaq.

Birinci mərhələnin iştirakçılarına diplomlar, medallar, hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Payız Futbol Düşərgəsi” layihəsi “Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu ilə reallaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər