Sumqayıtda marşrut avtobusunda qanlı hadisə, 1 ölü

793

Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan verilən məlumata görə, qanlı hadisə marşrut avtobusunda törədilib.
Aprelin 15-də saat 15:00 radələrində 25 saylı marşrut avtobusunda 40 yaşlı Elşən Cabbarovla həmyerlisi olan 27 yaşlı Elşad Muradov arasında mübahisə düşüb. Elşən cibindən çıxardığı bıçaqla Elşadı qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, dava zamanı bir nəfər də xəsarət alıb. Belə ki, dalaşanları ayırmaq istəyən şəhər sakini Mikayıl İsmayılov əlindən yaralanıb.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Cabbarov tutulub. Mənbə: ANSPRESS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər