Sumqayıtda məhəllədaxili yollar asfaltlanır

149

Sumqayıt şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir. Şəhərin müxtəlif ərazilərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində həm əsas magistral yollar, həm də məhəllədaxili küçələr mərhələli şəkildə yenidən qurulur və asfaltlanır.

Növbəti belə işlər 9-cu mikrorayon ərazisində həyata keçirilib. Belə ki, 29 və 30 saylı yaşayış binalarının qarşısında yerləşən məhəllədaxili yol sahəsi bu gün tam şəkildə asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Aparılan işlər çərçivəsində yolun köhnə örtüyü yenisi ilə əvəz olunub, ərazi səliqəyə salınıb.

Qeyd edək ki, məhəllədaxili yolların asfaltlanması sakinlərin gündəlik hərəkətinin rahatlaşdırılması, nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunması və ümumilikdə şəhər mühitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sumqayıt şəhərində yol infrastrukturunun yenilənməsi işləri mərhələli şəkildə bütün məhəllələri əhatə edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər