Sumqayıtda “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilib

841

Sumqayıt şəhər İcra Hakimiyyəti və  Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədi ilə yaradılan monitorinq qrupunun sədri Ülviyyə Müzəffərova qeyd edib ki, tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir.

Diqqətə çatdırılıb ki,“Erkən nigah”,“Məişət zorakılığı və insan alveri bəşəriyyətin ən böyük problemlərindən biridir. Məişət zorakılığın qarşısının alınması insanların təhlükəsizliyin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.

Qadın təşəbbüsü və Sosial Problemlerin Hallina Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva, Sumqayıt şəhər Gənclər və idman baş idarəsinin rəisi Elgün Hümbətov, Təhsil Şöbəsinin nümayəndəsi Gülbahar Haqverdiyeva mövzu ilə bağlı çıxışlar ediblər. İctimaiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.

   

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər