Sumqayıtda mina təhlükəsizliyinə qarşı maarifləndirmə dərsləri keçirilir

374

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər ümumi təhsil müəssisələrində “Mina təhlükəsizliyinə qarşı maarifləndirmə” mövzusunda dərslər keçirilib. Dərslərdə Gənclərin Çağırışaqədərki hazırlıq rəhbərləri şagirdlərə ətrafında baş verən hadısələrə ayıq-sayıq olmağı, mina və partlamamış hərbi sursatlarıın yarada biləcəyi təhlükə barədə məlumat vermiş, həmçinin mina və PHS-lərə toxunmamağı tövsiyə etmişdir.

Belə ki, ümumi orta təhsil səviyyəsində tədris olunan “Həyat bilgisi” fənni daxilində “Mina təhlükəsinə qarşı maarifləndirmə” kursu, yuxarı siniflərdə Çağırışaqədərki hazırlıq fənni daxilində adıçəkilən mövzu üzrə dərslər tədris edilir.

Dərslərin keçirilməsində məqsəd təhsilalanları mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə xəbərdar etmək, onları əhatə edən mühit, ərazi barədə məlumatlandıraraq mina və PHS-lər olan yerləri asanlıqla tanımağı öyrənmək, eləcə də hər hansı bir hərəkəti etməzdən əvvəl şübhə doğuran amillərlə bağlı düzgün qərar verməyi tövsiyə etməkdən ibarətdir.

Qeyd edək ki, bu mövzuda müntəzəm olaraq dərslərin keçirilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər ümumi təhsil müəssisələrində “Mina təhlükəsizliyinə qarşı maarifləndirmə” mövzusunda dərslər keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər