Sumqayıtda mobil qruplar tərəfindən reydlər davam edir – FOTOLAR

1517

Sumqayıt şəhərində koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir.

Şəhər ərazisində fəaliyyət göstərən mobil qruplar əhali arasında maarifləndirmə tədbirləri həyata keçirir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin, Hüquq Mühafizə Orqanlarının, Sumqayıt şəhər Mənzil Komunal İdarəsinin və digər qurumların əməkdaşlarından ibarət mobil qruplar şəhər ərazisində sərt karantin rejiminin tələblərinin icrasına nəzarət həyata keçirir.

İnsanların qaydalara əməl etməsi ilə bağlı çağrışlar olunur.

Mobil qruplar şəhər ərazisində fəaliyyət göstərən marketlərdə, eləcə də məhəllə daxili ərazilərdə insanlarla maarifləndirmə işləri həyata keçirir, SMS icazənin olub-olmaması yoxlanılır.

Bulvar ərazisində də mobil qruplar mütəmadi olaraq reydlər keçirir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər