Sumqayıtda monitorinq qrupunun iclası keçirildi – FOTOLAR

1086

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında himayəçilik və qəyyumluq komissiyasının tərkibində fəaliyyət göstərən gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısını almaq məqsədi ilə yaradılan monitorinq qrupunun növbədənkənar iclası keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, monitorinq qrupunun sədri Ülviyyə Müzəfərova Monitorinq Qrupu tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Monitorinq Qrupu öz fəaliyyətlərində “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyalar haqqında” Əsasnaməni, “Uşaq hüquqları haqqında Konvensiya”nı, Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanununu, Ailə Məcəlləsini, Əmək Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununu və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncam və Fərmanlarını rəhbər tutmuşdur.

Diqqətə çatdırılıb ki, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazimi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlili, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.

Vurğulanıb ki, monitorinq qrupu daxil olan müraciətləri diqqətlə araşdırılır və daxil olmuş müraciətlərə xüsusi diqqət və həssaslıqla yanaşılır.

Bildirilib ki, son vaxtlar intiharların sayının artması, xüsusən azyaşlı və yeniyetmələr arasında intihar halları bütün cəmiyyəti narahat edir. Qabaqcıl dünya təcrübəsi və aparılan tədqiqatlar göstərir ki, intihar hallarına qarşı yalnız komlpeks mübarizə tədbirləri səmərə verə bilər. Profilaktika və mübarizə tədbirləri bütün cəmiyyət tərəfindən dəstəkləndikdə daha effektiv və təsirli olur..

Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin böyük məsləhətçiləri Qismət Qasımov və Mehman Vəliyev, Şəhər Prokurorunun köməkçisi Orxan Hacıyev, Sumqayıt şəhər Polis İdaresinin Yetkinlik yaşına çatmayanlarla Profilaktiki işin təşkili bölməsinin rəisi Yaqub Baxşəliyev ,”Qadın təşəbbüsü və Sosial Problemlerin Hallina Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva və digər iştirakçılar mövzu ətrafında çıxışlar edib, müzakirələr aparıblar. Sonda videoçarxa baxılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər