Sumqayıtda Nizaminin heykəlinin yeri dəyişdirilib- RƏSMİ

3501

Sumqayıtda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli başqa əraziyə köçürülüb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, heykəl şəhərin Nəriman Nərimanov küçəsində yenidən inşa olunan “Nizami” kinoteatrının qarşısında ucaldılıb.

Qeyd edək ki, şəhərin 2-ci mikrorayonu ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilir.
Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr şəhərin 70 illiyi ərəfəsində, yaxın zamanlarda kinosevərlərin ixtiyarına veriləcək.
sumqayıtlıları narahat edən bir məsələ də öz həllini tapıb. Belə ki, bazar ətrafında yerləşən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli bundan sonra kinoteatrın qarşısında ucaldılıb.

Qeyd edəki ki, kinoteatrın və abidənin açılışının noyabrda keçirilməsi planlaşdırılır.

DIGƏR SAYTLARDA:

https://qafqazinfo.az/news/detail/nizami-gencevinin-sokulen-heykeli-burada-ucaldildi-fotolar-267939

https://lent.az/news/329958

https://apa.az/az/medeniyyet-siyaseti/sumqayitda-nizaminin-heykelinin-yeri-deyisdirilib-556710

https://oxu.az/society/339730

https://report.az/hadise/i-cra-hakimiyyeti-nizami-gencevinin-abidesi-kocurulub/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər