Sumqayıtda növbəti təmizlik aksiyası keçirilib

672

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisinə daxil olan Sumqayıtçayın Sumqayıt şəhəri ərazisindən keçən hissəsində “5 iyun Ətraf mühitin mühafizə günü”ilə əlaqədar təmizlik aksiyası keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və digər qurumların iştirak etdiyi aksiya zamanı Sumqayıtçayın sahilində plastik tullantılar, polietilen torbalar və digər məişət tullantıları toplanaraq ümumilikdə 25 m³, təqribən 800-850 kq tullantı, yük avtomobilinə yüklənərək zərərsizləşdirilməsi üçün Sumqayıt şəhər məişət tullantıları poliqonuna daşınmışdır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər