Sumqayıtda paralimpiyaçılarla görüş keçirildi

1306

01 avqust 2019-cu il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 23-28 iyul tarixlərində İtaliyanın Genov şəhərində keçirilən para-cüdo üzrə Avropa çempionatında yüksək idman naliyyətləri qazanmış İlham Zəkiyev, Namiq Abbaslı, Kənan Abdullaxanlı, Səbinə Abdullayeva və pauerliftq üzrə Tokio-2020 Yay Paralimpiya Oyunlarına vəsiqə qazanmış Elşən Hüseynovla görüş keçirilmişdir. Görüşdə şəhərin idman təşkilatlarının rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Əməkdar məşqçilər, Dünya və Avropa yarışlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilərin iştirak etmişlər.
Tədbirdə çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov tədbir iştirakçılarını salamlamış, dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı olan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, idmançılarımızın iştirak etdiyi mötəbər yarışlardan, ölkəmizdə təşkil edilən Beynəlxalq miqyaslı tədbirlərdən, əldə etdiyi yüksək nailiyyətlərdən və bu nailiyyətlərin qazanılmasında Sumqayıt idmançılarının özünəməxsus payı olmasından danışmışdir. E.Hümbətov çıxışını davam edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm İdman Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, Ölkə başçısının həyata keçirdiyi sosial yönümlü, iqtisadi əhəmiyyətli tədbirlər nəticəsində respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunması, Ümummilli liderimizin adına layiq, əzəməti ilə insanı valeh edən möhtəşəm Heydər Əliyev Mərkəzi, memarlıq inciləri olan Şahmat və Uşaq İncəsənət məktəbləri, Yeni Azərbaycan Partiyasının inzibati binasının, son dövrün möcüzəsi olan füsünkar Sumqayıt Bulvarının tikilərək sakinlərin istifadəsinə verilməsi haqqında geniş məlumat vermişdir.
“Əməkdar Bədən Tərbiyəsi və idman xadimi”, Para-cüdo üzrə milli yığma komandasının baş məşqçisi İbrahim İbrahimov, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Yengibar Əliyev və para-cüdo üzrə iki qat paralimpiya çempionu İlham Zəkiyev Milli Olimpiya və Paralimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, şəhər icra Hakimiyyəti və adiyyatı üzrə idman Federasiyaları tərəfindən bədən tərbiyəsi və idman sahəsində gördüyü məqsədyönlü işlər və bu işlərin şəhərdə uğurla davam etdirilməsini vurğuladılar.
Sonda E.Hümbətov idmançılarla xatirə şəkili çəkdirmiş, onlara gələcək yarışlarda uğurlar arzulamışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər